"Dənzilispor" klubu yoxlama oyunu keçirdi
Arif İsayevlə Saşa Yunisoğlunun çıxış etdiyi "Dənzilispor" klubu yoxlama oyunu keçirib. Həmyerlilərimizin klubu Gürcüstan təmsilçisi "Rustavi" ilə qarşılaşıb. Hər iki futbolçumuz meydana start heyətində çıxıb. Bu, Saşanın "Dənizlispor"da qeyri-rəsmi debüt matçı olub. Matç Dənizli təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolunu isə Arif İsayev vurub.

Xəbər 885 dəfə oxundu.