Syomin komandasına istirahət verib
İyulun 23-ü baş tutan "Qəbələ"-"Gənclərbirliyi" (3:1) sınaq matçından sonra Yuri Syomin komandasına bir günlük istirahət verib. İstirahəti yoxlama oyununun baş tutduğu Almaniyanın Münhen şəhərində keçirən "Qəbələ" günün ikinci yarısında "Allianz Arena"ya yollanıb. Bu dəfə tamaşaçı qismində yer alan "qırmızı-qaralar" "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) yoxlama matçını izləyiblər. Qarşılaşma meydan sahiblərinin 2:0-lıq qalibiyyəti ilə tamamlanıb.

Xəbər 906 dəfə oxundu.