Türkiyə millisinin qapıçısının yeni iş yeri müəyyənləşdi
Türkiyə milli komandasının qapıçısı Tolqa Zengin “Trabzonspor”dan ayrılır. 29 yaşlı qolkiper bundan sonra “Beşiktaş”ın şərəfini qoruyacaq. Artıq tərəflər arasında razılıq əldə olunduğu bildirilir.

Qeyd edək ki, Tolqa Zengin 2002-ci ildən “Trabzonspor”un şərəfini qoruyurdu.

Xəbər 856 dəfə oxundu.