“Beşiktaş”ın stadionu “İnönü” olmayacaq
“Beşiktaş” klubunun prezidenti Fikrət Orman yeni stadiona ad seçməyin çox vacib olduğunu bildirib. Orman artıq ad məsələsində öz seçimlərini də dilə gətirib.

Belə ki, klub prezidenti toplantı zamanı “Stadionun adı “İnönü” olmayacaq deyə bilmərəm, amma bizim ilk variantımız “Vodafone Arena”dı” söyləyərəl stadionun sponsor adının daşımasını istəyib.

“Ağ-qaralar” digər tərəfdən transferlərlə yeni mövsümə hazırlaşır. İstanbul klubu artıq iki futbolçunun transferi ilə bağlı birjaya məlumat verib. Klub birjaya Tolqa Zengin üçün “Trabzonspor”la görüşmələrə başladığını bildirib. Bundan başqa isə “Qaziantepspor”dan Sərdar Kurtuluşun transferinin bitdiyi açıqlanıb.

Xəbər 1544 dəfə oxundu.