"Qəbələ" "Allianz Arena"da
İyulun 23-ü baş tutan "Qəbələ"-"Gənclərbirliyi" (3:1) sınaq matçından sonra Yuri Syomin komandasına birgünlük istirahət verib.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, istirahəti yoxlama oyununun baş tutduğu Almaniyanın Münhen şəhərində keçirən "Qəbələ" günün ikinci yarısında "Allianz Arena"ya yollanıb.

Bu dəfə tamaşaçı qismində yer alan "qırmızı-qaralar" "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) yoxlama matçını izləyiblər. Qarşılaşma meydan sahiblərinin 2:0-lıq qalibiyyəti ilə tamamlanıb.

Xəbər 874 dəfə oxundu.