Oyunlar Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərmədi
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ötən gün baş tutan cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib. Ölkəmiz bu siyahıda əvvəlki mövqeyini qoruyub.

Qeyd edək ki, ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən “Neftçi” növbəti oyununu keçirib. Belə ki, ÇL-dəki yeganə təmsilçimiz rəqib meydanında Albaniya “Skenderbeu”su ilə üz-üzə gəlib. Minimal hesabla məğlub olan “ağ-qaralar” ölkəmizin UEFA reytinqinə xal yazdıra bilməyib.

Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi. Azərbaycanın hesabında 9.50 reytinq xalı var ki, onun da 1.625-i cari mövsümdə qazanılıb. Bundan 0.750 xal “Qarabağ”ın, 0.375 xal “İnter”in, 0.375 xal “Xəzər Lənkəran”ın, 0.125 xal isə “Neftçi”nin payına düşür.

Qeyd edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə 0.125 xal verir. Qrup mərhələsində isə heç-heçə 0.250, qələbə 0.500 xal verir.

Xəbər 721 dəfə oxundu.