“Qəbələ” Londona təlim-məşqə yollandı

“Qəbələ” yeni mövsümünə hazırlığın 2-ci hissəsini keçirmək üçün Londona yollanıb. Klubun mətbuat xidmətindən idman.com.az saytına verilən məlumata görə, birbaşa reyslə Böyük Britaniya paytaxtına uçan komanda günorta saatlarında mənzil başına çatıb.
“Village London-Elstree” mehmanxanasında məskunlaşan “Qəbələ” səfərə 20 oyunçu - Pavel Doroşevs, Anar Nəzirov, Lyubo Baranin, Saşa Yunisoğlu, Mahir Şükürov, Nodar Məmmədov, Vurğun Hüseynov, Sergey Sokolov, Daniel Kruz, Aleksandr Çertoqanov, Aldulkader Kamara, Arif İsayev, Yaşar Abuzərov, Dudu, Rövşən Əmiraslanov, Deon Barton, Murad Hüseynov, Viktor Mendi, Tərzin Cahangirov və Nuran Qurbanovla yollanıb.
Baş məşqçi Toni Adams, müdafiəçi Stiv Olfers və yarımmüdafiəçi Bruno da Silva komandaya Londonda qoşulacaqlar.
“Qəbələ”nin İngiltərə paytaxtındakı təlim-məşq toplanışı 10 gün çəkəcək və iyulun 28-də başa çatacaq. Dumanlı Albionda keçiriləcək hazırlıq çərçivəsində “Qəbələ” 5 yoxlama görüşü keçirəcək:

20 iyul – “Barnet” FC
23 iyul – “Bishop Stortford”
24 iyul – “Saint Albans”
26 iyul – “Hayes&Yeading”
27 iyul – “Luton Town”.

Xəbər 887 dəfə oxundu.