Azərbaycan yığması “Dostluq kuboku” turnirində iştirak edəcək
İyulun 25-dən avqustun 1-dək Bakıda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.

Avqustun 2-dən 8-dək komandamız Qırğızıstanın paytaxtı Bişkek şəhərində təşkil olunacaq “Dostluq kuboku” turnirində iştirak edəcək.
Yığmaya Sərxan Əhmədli, Pilağa Mehdiyev, Əli Şirinov (hamısı “Neftçi”), Baxışəli Baxışəliyev, Fərid Əsədli, Amin Seydiyev, Süleyman Süleymanov, Fərid Nəbiyev, Pövlan Muradov, Elvin Dəmirov (hamısı “Qəbələ”), Kamil Akimov (“Qarabağ”), Yusif Cəfərov, Famil Əliyev, Nicat Süleymanov, Yaşar Quliyev (hamısı “Bakı”), Elçin Əliyev, Adəm Əsgərov (hər ikisi “Əlincə”), Vüsal Buludlu (“Sumqayıt”), Yusif Yaqubzadə (“Tambov”, Rusiya) və Oktay Kazan (“First Vienna”, Avstriya) dəvət olunublar

Xəbər 806 dəfə oxundu.