İmişlidə karate üzrə açıq rayon çempionatı keçirilib
İyulun 20-21-də İmişli Olimpiya İdman Kompleksində karate üzrə açıq rayon çempionatı keçirilib. İmişli rayon Gənclər və İdman idarəsinin Azərbaycan Budo Döyüş Növləri federasiyasının İmişli rayon filialı ilə birgə təşkil etdiyi bu yarışda 70 idmançı öz gücünü sınayıb. Hər çəki və yaşda 1-ci, 2-ci və 3-cü yeri tutan karateçilər Gənclər və İdman idarəsi tərəfindən diplom, medal və kuboklarla mükafatlandırılıb.

Xəbər 930 dəfə oxundu.