“Baku Cup 2013” tennis turniri davam edir
Xəbər verildiyi kimi, Bakı Tennis Akademiyasında WTA (Qadın Tennis Assosiasiyası) seriyalı “Baku Cup 2013” qadınlar arasında beynəlxalq tennis turniri keçirilir.

İyulun 24-də əsas mərhələnin yeddi oyunu keçiriləcəkdir. Belə ki, Şanelle Sçepers (Cənubi Afrika Respublikası) Andrea Hlavakova ilə (Çexiya), Eleni Danilidou (Yunanistan) Katerina Kozlova ilə (Ukrayna), Elina Svitolina (Ukrayna) Aleksandra Kruniçla (Serbiya), Tatyana Arefyeva (Ukrayna) Donna Vekiçla (Xorvatiya), Mandi Minella (Luksenburg) Aleksandra Kadantu ilə (Rumıniya), Polina Herkog (Sloveniya) Qalina Voskoboyeva ilə (Qazaxıstan), Bojana Javanovski (Serbiya) Ons Jabeur ilə (Tunis) qarşılaşacaqlar.

Qeyd edək ki, iyulun 28-dək davam edəcək turnirdə Azərbaycan, Rusiya, Çexiya, Macarıstan, Rumıniya, İspaniya, Fransa, Serbiya, Avstriya, İtaliya, Hindistan, Yaponiya, Böyük Britaniya, Belarus, Hollandiya, Xorvatiya, Yunanıstan, Tunis, ABŞ, Özbəkistan, Sloveniya, Ukrayna və Qazaxıstan təmsilçiləri birincilik uğrunda mübarizə aparırlar.

Xəbər 1414 dəfə oxundu.