"Milan" - "Sassuolo" matçında xoşagəlməz olay yaşanıb
TİM kuboku çərçivəsuində baş tutan "Milan" - "Sassuolo" matçında xoşagəlməz olay yaşanıb. Qarşılaşmanın gedişində "Milan"ın qaradərili futbolçu Kevin Konstant irqçi şüarlara məruz qalıb. Bundan hiddətlənən gənc futbolçu topu onu təhqir edən azarkeşlərin istiqamətinə vuraraq, meydanı tərk edib. Bir neçə dəqiqədən sonra komanda yoldaşları Konstantı sakitləşdirə biliblər. O, əvəzlənib və oyun yarımçıq qaldığı yerdən davam edib.

Xəbər 670 dəfə oxundu.