Türkiyə klubu daha bir azərbaycanlı futbolçunu transfer etdi
Türkiyənin “Kahramanmaraşspor” klubu daha bir azərbaycanlı futbolçunu transfer edib.

Komandanın təlim-məşq toplanışına dəvət olunan Murad Axundzadə məşqçilər heyətindən müsbət rəy alıb. Bununla da 17 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq oyunçusunun keçidi həll olunub. 21 yaşlı M.Axundzadə ilə üçillik müqavilə imzalanıb.

Ölkəmizdə “Rəvan”da çıxış etmiş, ötən mövsüm isə birinci divizion təmsilçisi “Ağsu” ilə çempion olan futbolçu həm müdafiənin, həm də yarımmüdafiənin sağ cinahında oynayır.

Qeyd edək ki, “Kahramanmaraşspor” bunadək millimizin sabiq hücumçusu Fərid Quliyevlə müqavilə imzalanıb.

Xəbər 653 dəfə oxundu.