Rafael Benites “İnter” barədə danışdı
“Napoli”nin baş məşqçisi Rafael Benites sabiq klubu “İnter” barədə danışıb. İspaniyalı mütəxəssis mübahisə ilə ayrıldığı Milan klubundan incik qalmadığını bildirib: “İnter”dəki keçmişimi xatırlamıram. Hazırda yalnız “Napoli” haqda düşünürəm. Öz işinin öhdəsindən layiqincə gələ bilən təcrübəli futbolçulara malikik”.

Qeyd edək ki, Benites 2010-2012-ci illərdə “İnter”i çalışdırıb.

Xəbər 769 dəfə oxundu.