“Sumqayıt” sonuncu yoxlama görüşünü keçirib
Topaz Premyer Liqasının 2013-2014-cü illər mövsümü üçün hazırlığının ikinci mərhələsini Gürcüstanda davam etdirən “Sumqayıt” futbol komandası qonşu ölkədə üçüncü - sonuncu yoxlama görüşünü keçirib.

Aqil Məmmədovun rəhbərlik elədiyi komanda Premyer Liqa təmsilçisi “Quriya Lançxuti” ilə üz-üzə gəlib. Görüşdə hesab açılmayıb.
Bundan əvvəl “Sumqayıt” komandası Gürcüstanın birinci liqa təmsilçisi “Mertsxali”ni 3:0 və Premyer Liqa təmsilçisi “Merani Martvili”ni isə 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Xəbər 678 dəfə oxundu.