Azərbaycan U-17 millisi yoldaşlıq oyununda qalib gəlib
Qəbələ şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Bakının “İnter” klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız Elnur Cəfərov və Şahban Cəbrayılovun vurduğu qollar sayəsində 2:1 hesablı qələbə qazanıb.

Xəbər 687 dəfə oxundu.