Rusiya çempion oldu
Argentinanın ev sahibliyi etdiyi Voleybol Dünya Liqası finalçısı bəlli olub.

İdman.com.az saytının məlumatına görə, bu oyunda Rusiya komandası çətin mübarizədən sonra adını çempionlar siyahısına yazdırıb. Rusiya 2012 London Olimpiya oyunlarının finalında olduğu kimi bu dəfə də Braziliya yığması ilə qarşılaşıb. Argentinanın ev sahibliyi etdiyi bu oyunda Rusiya rəqibinə heç bir şans verməyib. 4 oyunçu ilə mübarizə aparan komanda güclü rəqibi qarşısında gərgin keçən oyunun ilk setində Braziliya yığmasını 25 - 23, 2-ci və 3-cü seti isə 25-19 hesabı ilə məğlub edib.

Dünyanın 1 nömrəli komandası olan Braziliya isə 9 dəfə qazandığı turnirdə bu dəfə yalnız 2-ci pillədə qalıb.


Aynurə

Xəbər 923 dəfə oxundu.