"Qəbələ"nin əvəzedici komandası ilk sınaq oyununu keçirdi
Növbəti mövsümün hazırlıqlarını Gürcüstanda davam etdirən "Qəbələ"nin əvəzedici komandası qonşu ölkədə ilk sınaq oyununu keçirib. Gürcüstan I Divizionunda mübarizə aparan "Mark Stars of Georgia" kollektivi ilə üz-üzə gələn "qırmızı-qaralar" qələbə qazanmağı bacarıb. Rəqibin fiziki və yaş üstünlüyünə baxmayaraq, layiqli oyun nümayiş etdirən Luis Araqonun yetirmələri yekunda 2:1 hesabilə qalib gəlib. "Qəbələ"yə qələbə qazandıran qollara Qismət Alıyev və Salman İbrahimov imza atıb.

İyulun 27-dək davam edəcək toplanış müddətində "Qəbələ" daha 3 oyun keçiriəcək. Rəqiblər və oyunların keçirilmə vaxtı ilə sizləri tanış edirik:

24 iyul, 18:00

"Dinamo" (Tbilisi) - "Qəbələ" - (əvəzedicilər)

25 iyul, 17:30

"Vircorciya" - "Qəbələ" - (əvəzedicilər)

26 iyul, 10:00

"Spartak" (Tbilisi) - "Qəbələ" - (əvəzedicilər)

Xəbər 688 dəfə oxundu.