“Simurq” “Beşiktaş”la görüşəcək
Avstriyada hazırlıqları davam etdirən “Simurq” iyulun 24-də daha bir yoldaşlıq görüşünə çıxacaq. Zaqatalalıların bu dəfəki rəqibi Türkiyənin dörd ən böyük klublarından biri “Beşiktaş” olacaq. Qarşılaşma iyulun 24-də keçiriləcək.

Bu Zaqatala təmsilçisinin Avstriyada yoldaşlıq görüşü keçirdəcəyi ikinci Türkiyə klubu olacaq. Bu gün komanda “İstanbul BB” ilə oynayacaq. 27-də isə “Simurq”un sonuncu rəqibi də Super Liqa təmsilçisi “Kayserispor” olacaq.

Qeyd edək ki, “Simurq” – “Beşiktaş” oyunun başlama saatı Bakı vaxtı ilə 21:00 nəzərdə tutulub. Qarşılaşma Türkiyə kanallarından biri ilə canlı yayımlanacaq.

Xəbər 986 dəfə oxundu.