"Sumqayıt" daha bir futbolçu ilə müqavilə bağladı
"Sumqayıt" klubu 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən mövsümü klubda icarə əsasında keçirmiş Ruslan Qurbanov daha 1 il "Sumqayıt"da qalacaq.

22 yaşlı yarımmüdafiəçi klubla bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, Ruslan Qurbanov ötən mövsüm Topaz Premyer Liqasında 24 oyunda 1753 dəqiqə meydanda olub və rəqib qapılarından 6 top keçirib.

Xəbər 1002 dəfə oxundu.