Milli Mətbuat günü
Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 138 il ötür. Maarifçilik hərəkatının görkəmli xadimlərindən olan Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində «Əkinçi» qəzetinin nəşrinə nail olub. Bununla da Azərbaycanda milli mətbuatının əsası qoyulub.

Bu dövr ərzində Azərbaycan mətbuatı müxtəlif təzyiqlərə məruz qalıb. Ancaq buna baxmayaraq daim inkişaf yolunu tutub. 1998-ci ilin avqust ayında Heydər Əliyev tərəfindən senzuranın ləğv edilməsi isə Azərbaycanda mətbuatın daha da inkişaf etməsinə təkan verib.

İdman.com.az saytının kollektivi bütün həmkarlarını metbuat günü münasibəti ilə təbrik edir, işlərində uğurlar arzulayır.

Xəbər 829 dəfə oxundu.