Radik İsayev də bürünc medal qazandı
Meksikanın Puebla şəhərində keçirilən usta taekvondoçular arasında dünya çempionatının 5-cü günü üç idmançımız yarışa qatılıç. İdman.com.az saytı xəbər verir ki, qadınlardan Marina Tedeeva (-73 kg) rəqibi İbogni Graceylə (GAB) görüşdə qalib gəlib. Serbiya təmsilçisi Milica Mandiçlə qarşılaşmadan isə məğlub ayrılan indmançımız yarışı tərk edib.

Kişilərdən Ceyhun Həsənli (+87 kg) ilk döyüşdə 11:4 hesabı ilı Baber Al-Enaziyə (KUW) qalib gəlib. İkinci döyüşdə isə İvan Trajkovicə (SLO) 9:11 hesabı ilə məğlub olaraq yarışı tərk edib.

Radik İsayev isə (-87 kg) ilk döyüşdə Dorde Marcetici (SRB) 17:4 hesabı ilə məğlub edib. Növbəti döyüşünü Norveç təmsilçisi Mohammed El-Hatriyə qarşı keçirən taekvondoçumuz 9:4 hesabı ilə qalib gələrək erməni Genadi Arustamyanla qarşılaşmalı olub.Lakin rəqib döyüşdən imtina edib.

Növbəti mərhələyə keçən taekvondoçumuz Yunanıstan təmsilçısı Konstantinos Gkoltsiosluya 9:5 hesabı ilə inamlı qələbə qazanaraq yarımfila vəsiqə qazanıb. Yarımfinalda Ma Zhao Younga (Çin) məğlub olan taekvondoçumuz bürünc mükafatla kifayətlənib.

Xəbər 1590 dəfə oxundu.