“Rəvan” bu gün ikinci yoxlama oyununu keçirəcək
Yeni mövsümə hazırlığın ikinci mərhələsini Sloveniyada keçirən Bakının “Rəvan” futbol komandası bu gün ikinci yoxlama oyununu keçirəcək.
Baş məşqçi Ramil Əliyev yetirmələrini bu dəfə Serbiya Super Liqasında mübarizə aparan “Donji Srem” komandası ilə görüşdə sınayacaq.
1927-ci ildə “Borats Peçintsi” adı altında yaradılan, sonradan adını “Donji Srem”ə dəyişən komanda 2009-cu ildən inkişafdadır. Bunun da məntiqi nəticəsi olaraq kiçik Peçintsi rayonunun komandası hazırda Serbiya elitasının üzvüdür. Son mövsümü 16 komanda arasında 11-ci sırada bitirən “Donji Srem” həm də fair-play mükafatının sahibi olub.
Bu komanda cəmi bir neçə gün əvvəl Avstriyada “Bakı” ilə də yoxlama oyunu keçirmiş və 4:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, “Rəvan”ın Sloveniyadakı ilk rəqibi yerli “Aluminij” klubu olub – 1:1.

Xəbər 710 dəfə oxundu.