4 boksçumuz yarımfinala çıxdı

Rusiyanın Mahaçqala şəhərində Məhəmməd-Salam Umaxanovun xatirəsinə keçirilən boks turnirində yarımfinalçılar məlum olub. Milli komandamızın üzvü Abdulqədir Abdullayev (91 kq) 1/4 finalda Polşa nümayəndəsi Lavrent Qriqoryanı üstələyib. 3-cü raundda boksçumuzun zərbələru qarşısında davam gətirə bilməyən rəqib təslim olub. Bu gün keçiriləcək yarımfinal görüşündə təmsilçimiz Rusiya yığmasının ən güclü idmançılarından sayılan dünya və Avropa çempionu Artur Beterbiyevlə döyüşəcək. Yarımfinala adlayan digər 3 rinq ustamız da yerli idmançılarla görüşəcəklər. Məhəmməd Abdulhəmidov (52 kq) Yevgeni Yermakovla, London Olimpiadasına lisenziya qazanan Soltan Migitinov (75 kq) Xaybula Musalovla və Məhəmmədrəsul Məcidov (+91 kq) Arslanbəy Mahmudovla qarşılaşacaqlar.

Xəbər 1255 dəfə oxundu.