Kasilyas yeni mövsümdən yenidən komandasının kapitanı olacaq
İker Kasilyas yeni mövsümdən yenidən komandasının kapitanı olacaq.

Bu gün İspaniya yığmasının qapıçısı məzuniyyətini başa vuraraq məşqlərə dönüb.Bazada Kasilyas ilk olaraq Karlo Ançelotti ilə söhbətləşib.Baş məşqçi qapıçıya tam etimad göstərdiyini vurğulayaraq kapitanlıq sarğını ona qaytarıb.

Xatırladaq ki, ötən mövsüm zədələndikdən sonra əsas heyətdə yerini itirən Kasilyası kapitan kimi Serxio Ramos əvəz edirdi.

Xəbər 771 dəfə oxundu.