Qonzalo İquainə təkliflər gəlməkdə davam edir
"Real" (Madrid) klubunun hücumçusu Qonzalo İquainə təkliflər gəlməkdə davam edir.

"Arsenal"ın ardından bu dəfə "Çelsi" argentinalı futbolçu üçün hərəkət keçib.

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo yeni mövsümdən 25 yaşlı futbolçunu komandasında görmək istəyir. Lakin "Real"ın İquain üçün yüksək məbləğ tələb etməsi London klublarının işini çətin salır.

Qeyd edək ki, İquain ötən mövsü La Liqada keçirdiyi 37 oyunda 17 qola imza atıb.

Xəbər 1027 dəfə oxundu.