"Bakı" klubu Avstriyada təlim-məşq toplanışı keçir
Artıq 15 gündür "Bakı" klubu Avstriyada təlim-məşq toplanışı keçir.
Ötən gün “ağ-göylər” səhər saatlarında dağ yerində yoxuşa qalxaraq ümumilikdə 2 km məsafəni qət ediblər.

Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında keçirilən axşam məşqi isə saat yarım davam edib. Fiziki və taktiki təmrilərdən ibarət olan məşqə “zolaqlılar” isinmə hərəkətləri ilə başlayıblar.

Komandanın məşqi: topla hərəkət və uzun pas təmrinləri ilə davam edib. Daha sonra dörd qrupa bölünən futbolçular bir oyun keçiriblər. Aleksandar Şoliç məşqdə iştirak etməyib, Kamran Ağayev isə komandadan ayrı çalışıb.

Komanda ilə birgə kiprli müdafiəçi Georgias Pelageas da məşq edib. O bu gündən etibarən klubda baxışdan keçir. Şam yeməyində isə komanda üzvləri 25 yaşı tamam olan Elvin Məmmədovu təbrik ediblər.

Xəbər 685 dəfə oxundu.