"Sumqayıt" klubundan yeni transfer
"Sumqayıt" klubu 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir.

Ötən mövsümü klubda icarə əsasında keçirmiş Slavik Alxasov daha 1 il "Sumqayıt"da qalacaq.

20 yaşlı müdafiəçi Sumqayıt təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, Slavik Alxasov ötən mövsüm Topaz Premyer Liqasında 29 oyunda 2610 dəqiqə meydanda olub.

Xəbər 898 dəfə oxundu.