İspaniyalı futbolçu bərpa prosesi gecikir
Bir müddət öncə qasıq nahiyyəsindən əməliyyat olunan "Real" (Madrid) klubunun yarımmüdafiəçisi Xabi Alonsonun bərpa prosesi gecikir.

İspaniyalı futbolçu hələlik yalnız xüsusi proqram üzrə fərdi məşqlərlə kifayətlənir.

Həkimlər Alonsonun ən tezi sentyabrın sonunda, oktyabrın əvvəllərində yaşıl meydanlara qayıda biləcəyini deyirlər. "Real"ın baş məşqçisi Karlo Ançelotti isə 31 yaşlı futbolçunu mövsümün əvvəlindən heyətdə görmək istəyir.

Qeyd edək ki, Ançelottinin Alonsonun əvəzinə əsas heyətdə Kakanı oynadacağı gözlənilir.

Xəbər 681 dəfə oxundu.