AZAL Sahib Savankulov ilə maraqlanır
AZAL Tacikistan milli komandasının futbolçusu Sahib Savankulovu baxışdan keçirir. Tacik müdafiəçi I dəstə təmsilçisi “Neftçala”ya 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə qol vurub. Düşənbənin “İstiqlal” klubundan gələn 24 yaşlı müdafiəçi sınaqdan uğurla keçərək, AZAL-ın məşqçilər korpusunun diqqətini cəlb edib. Onunla qarşıdakı günlərdə müqavilə imzalanaraq, keçidi rəsmiləşəcək.

Xəbər 915 dəfə oxundu.