“Rəvan” çalışmalarına ara vermir
Yeni mövsümə hazırlığın ikinci mərhələsini Sloveniyada keçirən “Rəvan” çalışmalarına ara vermir. Gündə 2 dəfə məşq edən komandanın bu qrafiki yalnız oyun günləri pozulur. Artıq ilk yoxlama oyununda “Aluminiy” ilə 1:1 oynayan “Rəvan” ikinci hazırlıq matçını keçirəcək.
Bayıl təmsilçisinin minimum 3 oyunun keçirilməsi dəqiqləşmişdi. Dördüncü görüş üçün isə danışıqlar gedirdi. Artıq danışıqlar uğurla nəticələnib və Ramil Əliyevin yetirmələri Sloveniya toplanışı ərzində ikinci oyununu Serbiya Superliqasının təmsilçisi “Donyi Srem”ə qarşı keçirəcək.
1927-ci ildə “Borats Peçintsi” adı altında yaradılan, sonradan adını “Donyi Srem”ə dəyişən komanda 2009-cu ildən inkişafdadı. Bunun da məntiqi nəticəsi olaraq kiçik Peçintsi rayonunun komandası hazırda Serbiya elitasının üzvüdü. Son mövsümü 16 komanda arasında 11-ci sırada bitirən “Donyi Srem” həm də feyr-pley mükafatının sahibi olub.

Qeyd edək ki, Serbiya təmsilçisi ilə oyun Slovenqradda baş tutacaq və yerli vaxtla saat 18:00-da başlayacaq.

Xəbər 646 dəfə oxundu.