Klublar Yovetiçini razılaşdırıblar
Fiorentina və Mançester Siti klubları Stefan Yovetiçin transferini razılaşdırıblar. Razılaşmanın maliyyə tərəfləri barədə məlumat verilməsə də, söhbət 30 milyon avrodan gedir.Monteneqrolu futbolçu ilə 5 illik müqavilə imzalanacaq. Onun həftəlik məvacibi 120 min funt sterlinq olacaq.

Qeyd edək ki, mövsüm başa çatdıqdan sonra futbolçu Forentinanı tərk etmək istəyində olduğunu dilə gətirmişdi.Onunla Napoli və Yuventus klubları da maraqlanırdı.

Xəbər 681 dəfə oxundu.