Con Toşak : “Çox bərbad oynadıq”
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak “Makkabi” ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, uelsli mütəxəssis azarkeşlərdən üzr istəyib:

“Çox bərbad oynadıq. Futbolçular məni məyus elədilər. Məni “Makkabi” yox, öz futbolçularım təəccübləndirdi. Çünki onlar 3 ardıcıl ötürmə verə bilmirdilər. Fikrimcə, biz yaxşı hesabla uduzduq. Rəqibin necə sürətli oynadığını gördüz. Hesab daha böyük ola bilərdi. 30 ildi futboldayam, amma çalışdırdığım komandalardan belə zəif oyun görməmişdim. İlk yarıda Sadio Tounkara, ikinci hissədə Junior Nildo gözəl şansı əldən verdilər. Bizə səfərdə qol vurmaq çox vacib idi. Lakin bundan yararlana bilmədilər. Hələ heç nə itirilməyib. Düzdü, bu gün 2:0 hesabı ilə uduzduq. Rəqib bir addım bizdən öndədi. Hesab qanunauyğundu. Rəqib güclü olsa belə, cavab matçında öz gücümüzə inanmalıyıq. Futbolçular daha yaxşı oyun göstərə bilərlər. Hesaba görə lənkəranlı azarkeşlərdən üzr istəyirəm”.

Xəbər 639 dəfə oxundu.