“Xəzər-Lənkəran” növbəti oyununu keçirdi
İyulun 18-də Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Xəzər-Lənkəran” futbol komandası növbəti oyununu keçirib.

“Xəzər-Lənkəran” İsrailin “Makkabi” (Hayfa) komandası ilə qarşılaşıb.
Hayfadakı “Kiryat Eliezer” stadionunda keçirilən oyunda “Makkabi” Lənkəran təmsilçisinin qapısından iki cavabsız top keçirib.

Komandalar arasında cavab oyunu bir həftə sonra Lənkəranda keçiriləcəkdir.

Xəbər 644 dəfə oxundu.