“İnter” “Tromse” klubu ilə qarşılaşıb
İyulun 18-də futbol üzrə Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Azərbaycanı bu turnirdə təmsil edən Bakının “İnter” komandası da növbəti oyununa çıxıb. Komandamızın bu dəfə ki rəqibi Norveçin “Tromse” klubu olub.

Tromse şəhərindəki “Alfheym” stadionunda keçirilən oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab görüşü iyulun 25-də Bakıda keçiriləcəkdir.

Qeyd edək ki, “İnter” birinci təsnifat mərhələsində Finlandiyanın “Mariehamn” komandasını yarışdan kənarlaşdırılıb.

Xəbər 650 dəfə oxundu.