“Rəvan” Sloveniyada ilk yoxlama oyununu keçirib
Yeni mövsümə hazırlığı Sloveniyada davam etdirən Bakının “Rəvan” futbol komandası ilk yoxlama oyununu keçirib.

Bakı təmsilçisi son mövsümdə Sloveniya kuboku yarışlarında yarımfinal həyəcanı yaşamış “Aluminij” komandası ilə qarşılaşıb.

Oyunda qalib müəyyənləşib – 1:1. “Rəvan”ın heyətində Miloş Adamoviç fərqlənib.

Xəbər 670 dəfə oxundu.