Fəridə dünya çempionatında 3-cü olub
Meksikanın Puebla şəhərində keçirilən dünya çempionatının 3-cü günü millimiz üçün üğürlu alınıb. İdman.com.az saytı xəbər verir ki, qadınlardan ibarət seçmə komandanın üzvü Fəridə Əzizova (7 kg) ilk döyüşdə rəqibi Fanal Lalrempuii-nə (WTF) 4-0 hesabı ilə qalib gəlib. Növbəti döyüşünü Perelic Dojanaya (SRB) qarşı keçirən idmançımız 2 :2 hesablı bərabərliyə qalaraq rəqibini qızıl xalla məğlub edib.

Çinli idmançı Gvo Tun Fei ilə döyüşdən 3:0 hesabı ilə inamlı qələbədən sonra taekvondoçumuz yarımfinala vəsiqə qazanib. Bu mərhələ isə ən azindan bürünc medal deməkdir.Finala gedən yolda isə Chuang Chia Chia (TPE) idmançısı ilə gərgin keçən döyüşdən məğlub ayrılıb 5:8.

Beləliklə, Fəridə Əzizova dünya çempionatında qadınlar arasında bürünc medal qazanan ilk idmançı olaraq adını Azərbaycan taekvondo tarixinə yazdı.

Xatırladaq ki, Fəridə Əzizova 2009-cu ildə yeniyetmələr arasında Xorvatyada kecirilən avropa çempionatının bürünc mükafatçısı, 2012-ci ildə Misirdə, gənclər arasında dünya çempionatının qızıl mükafatçısı və 2013 –cü ildə Moldovanın Kişinyov şəhərində keçirilən 16-21 yaşlılar arasında avropa cempionatının qalibi olub.

Xəbər 1249 dəfə oxundu.