Klub üzvü oyun öncəsi azarkeşlərə çağırış etdi
“İmarət” Fan Klubunun üzvü Qazax Nağı Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Piast” oyunu öncəsi azarkeşlərə çağırış edib. Qrup nümayəndəsi azarkeşləri meydana səsləyib:
“Bu qarşılaşma kifayət qədər önəmlidi. Azarkeş faktoru oyunda xüsusi rol oynamalıdı. Çünki “Qarabağ” Polşada kifayət qədər çılğın azarkeşlər qaşısında mübarizə aparacaq. Bunu nəzərə alaraq biz Bakıda həm meydançada, həm də tribunalarda rəqibin cavabını verməliyik. Hər kəsi stadiona dəvət edirik. Ağdam klubu Avropada həmişə dolu tribunalar önündə oynayıb. Bu dəfəki oyunda istisna olmasını istəmirik. Ağdamlıların qazanacağı zəfərdə azacıq payının olmasını istəyən hər bir azarkeşin tribunalarda yer almasını istərdik”.

Xəbər 798 dəfə oxundu.