London klubu Suares və İquainini transfer etmək niyyətindədir
Arsenal Ueyn Runinin vəziyyətini ciddi şəkildə izləyir.

The Giardianın saytının verdiyi məlumatına görə, London klubu Luis Suares və Qonzalo İquaini transfer etmək niyyətindədir. Lakin son günlər Mançester Yunayteddə baş verən hadisələr diqqəti Runinin üzərinə yönəldib.Məlum olduğu kimi Mançester Yunayted Çelsinin 20 milyon funt sterlinqlik təklifini geri çevirib.Baş məşqçi Joze Mourinyo Runinin əsas transfer hədəfləri olduğu iddialarını yürütməkdə davam edir.

Xəbər 675 dəfə oxundu.