Vinfrid Yamaykaya baş məşqçisi təyin edilib
Almaniyalı mütəxəssis Vinfrid Şefer Yamayka yığmasının baş məşqçisi təyin edilib.Bu barədə jurnalistlərə ölkə futbol federasiyasının prezidenti Xoras Barrel məlumat verib.Müqavilənin detalları ilə bağlı məlumat verilmir.Alman çalışdırıcının köməkçisi yerli mütəxəssis Vin Bleyn olacaq.

63 yaşlı Şefer bu postda Teodor Uitmarı əvəz edib.O Honduras yığmasına məğlubiyyətdən sonra istefaya göndərilib.Şeferin isə son iş yeri Tailandın Muanqtonq Yunayted komandası olub.

Xəbər 733 dəfə oxundu.