Gənc futbolçu yeni komandaya keçdi
“Lill”in 19 yaşlı futbolçusu Lyuk Din PSJ-yə keçib. Paytaxt təmsilçisi müdafiəçiyə görə 15 milyon avro ödəyib.

O, yeni komandasında 21 nömrə ilə çıxış edəcək. Transfer dəyərindən əlavə “Lill”ə əlavə bonuslar da ödənilə bilər. 19 yaşlı futbolçunun məvacibi ildə 250 min avro olacaq.

Xəbər 657 dəfə oxundu.