Maykon “Mançester Siti”dən ayrıldı
Braziliya milli komandasının sabiq futbolçusu Maykon “Mançester Siti”dən ayrılıb. “Şəhərlilər”in yeni baş məşqçisi Manuel Pelleqrini yarımmüdafiəçinin xidmətində maraqlı olmayıb. Maykon karyerasını “Roma” klubunda davam etdirəcək.

Qeyd edək ki, braziliyalı futbolçu ötən mövsüm Premyer Liqa və Çempionlar Liqasının 12 oyununda meydana çıxıb.

Xəbər 747 dəfə oxundu.