Çempionlar Liqasının ilk oyunlarına yekun vurulub
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Bu gün qitə arenalarında 9 oyun baş tutub.

Ermənistan “Şirak”ı ötən il “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinin qrup mərhələsində qarşılaşdığı və qalib gələ bilmədiyi “Partizan”a məğlub olmayıb – 1:1. Serblər məğlubiyyətdən 90+3-cü dəqiqədə xilas olub.
Gecənin ən böyük hesabı İsveçdə qeydə alınıb. Belə ki, “Elfsborq” Latviya “Dauqava”sını 7:1 hesabı ilə yenib.

Qeyd edək ki, II təsnifat mərhələsinə iyulun 16-da start verilib. Ötən axşam bu mərhələnin 8 oyunu baş tutub.

Xəbər 724 dəfə oxundu.