Millimiz İsveçrədə Dünya kuboku yarışlarının üçüncü mərhələsində iştirak edib
İsveçrənin Lütsern şəhərində akademik avarçəkmə üzrə Dünya kuboku yarışlarının üçüncü mərhələsi keçirilib.
Nüfuzlu yarışda ölkəmizi birnəfərlik yüngül çəkili qayıqla (LM1X) Cavid Əfəndiyev təmsil edib.

O, ilkin mərhələdə iki min metr məsafəni 7 dəqiqə 16,27 saniyəyə qət edərək dördüncü yeri tutmuşdur. Bundan sonra 23 yaşlı idmançımız təsəlli yürüşünə çıxmışdır. Bu dəfə C.Əfəndiyev daha yaxşı - 7 dəqiqə 11,32 saniyə nəticə göstərsə də, yenə 4-cü olmuş və mükafatlar uğrunda mübarizədən kənarda qalmışdır. C finalında (13 - 18-ci yerlər) isə təmsilçimiz finişə 7 dəqiqə13,26 saniyəyə çataraq üçüncü, ümumi sıralamada isə 15-ci olub.

Xəbər 670 dəfə oxundu.