“Tromse” - “İnter” matçının biletləri satışa çıxarılıb
Futbol üzrə Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Tromse” (Norveç) - “İnter” (Bakı) matçının biletləri satışa çıxarılıb.
Biletlərin qiyməti 50-150 kron aralığında dəyişir. Bu, Azərbaycan manatı ilə 7-20 manat edir.

Oyun saatına qədər bütün biletlərin satılacağı gözlənilir. Qeyd edək ki, bu matçın baş tutacağı “Alfheim Arena” 6 min 859 azarkeş tutumuna malikdir.
Qeyd edək ki, “Tromse” – “İnter” matçı iyulun 18-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər 740 dəfə oxundu.