“Beşiktaş” dan yeni müqavilə
Türkiyənin “Beşiktaş” klubu Emmanuel Adebayoru heyətinə qatmağa hazırlaşır. Toqolu ulduz bazar ertəsi İstanbula gələcək. “Ağ-qaralar” 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayacaq.

Futbolçunun “Beşiktaş”a gəlməsi istanbullulara yeni sponsor da qazandırıb. Belə ki, Adebayorun transferinə “Vodafone” da kömək edəcək. Şirkət transferə maliyyə dəstəyi göstərəcək. Bundan əlavə GSM şirkətinin yeni tikiləcək “İnönü” stadionunda ad haqqı və formanın ön hissəsində adı olacaq.
Fanat.az

Xəbər 688 dəfə oxundu.