Vüqar Həşimov: «Hazırlığımız yüksək səviyyədə keçdi»

Şahmat üzrə Azərbaycan yığması Çinə yollanıb. Səfər öncəsi idman.com.az saytına açıqlamasında millimizin qrossmeysteri Vüqar Həşimov bildirib ki, komandalararası dünya çempionatı ərəfəsi təlim-məşq toplanışı yüksək səviyyədə təşkil olunub: «Hazırlıqla yanaşı, Qəbələdə yaxşı istirahət etdik. Bu dəfə təlim-məşq daha yüksək səviyyədə təşkil edilmişdi. Yaxşı şəraitimiz vardı. Qəbələ, məskunlaşdığımız mehmanxana, mənzərə əla idi. Açığı, çempionluğa iddialı komanda buna layiqdir. Görək, indi Çində nə olacaq».a
Qeyd edək ki, dünya çempionatı iyulun 17-də Çinin Ninbo şəhərində start götürəcək. Qalib komanda 9 turdan sonra müəyyənləşəcək.

Xəbər 1097 dəfə oxundu.