“Sumqayıt” futbol komandası Gürcüstanda təlim-məşq toplanışındadır
Növbəti mövsümə hazırlaşan “Sumqayıt” futbol komandasının üzvləri Gürcüstanda 10 günlük təlim-məşq toplanışındadır. Artıq komanda Gürcüstanda ilk məşqini keçirib. Verilən məlumata görə, “Sumqayıt” qonşu ölkədə 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Rəqiblərdən ikisi Gürcüstanın yüksək liqa klublarından daha bir komanda isə birinci liqanı təmsil edir.

“Sumqayıt” yeni mövsümə hazırlıq çərçivəsində transferləri də davam etdirir. Vurğun Hüseynov, Vüqar Əsgərov, Anar Nəzirov, Zaur Həşimovun ardından Azərbaycan yığmasının yarımmüdafiəçisi Aleksandr Çertoqanov da “Sumqayıt”a keçmişdir. Yeni transfer edilən futbolçular komanda ilə birgə Gürcüstana yola düşmüşlər və hazırda yeni klubun düşərgəsində məşqlərdə iştirak edirlər.

Xəbər 892 dəfə oxundu.