“Mançester Siti” Alvaronu transfer etməkdə israrlıdır
“Mançester Siti” klubu “Sevilya”nın hücumçusu Alvaro Neqredonu transfer etməkdə israrlıdır. Lakin “şəhərlilər” 27 yaşlı ispan futbolçu üçün 23 milyon avro ödəmək istəyirlər ki, bu da “Sevilya”nı qane eləmir. İspaniya klubu Neqredonun transferi qarşılığnda 28 milyon avrodan az qazanc götürmək niyyətində deyil.

Qeyd edək ki, Neqredo 2009-cu ildən “Sevilya”nın şərəfini qoruyur.

Xəbər 728 dəfə oxundu.