Hələlik 1 boksçumuz fərqlənib

Rusiyanın Sankt-Peterburq şəhərində boksçular arasında Qubernator kuboku beynəlxalq turniri davam edir. Yarışda məşqçi Nəriman Abdullayevin rəhbərliyi ilə yığmamızın «2-ci nömrələri» mübarizə aparırlar. Təmsilçilərimizdən hələlik Romal Amanov (69 kq) ilk döyüşünü qələbə ilə başa vurub. Dünya çempionatının mükafatçısı Sankt-Peterburq komandasının üzvü Dmitri Solomyankonu 7:3 hesabı ilə üstələyib. Fərid Ağayevin (75 kq) Qubernator kubokunda 1-ci rəqibi rusiyalı Danila Şved olacaq. 91 kq-dakı təmsilçimiz Asim İsgəndərovu da yerli idmançı Aleksey Ryabtsev sınağa çəkəcək.

Xəbər 1109 dəfə oxundu.