Slaven Biliç islahatlara başladı
“Başiktaş”ın baş məşqçisi Slaven Biliç islahatlara başlayıb. Xorvat mütəxəssis 8 futbolçunu heyətdən kənarlaşdırmaq qərarına gəlib.

Belə ki, Hasan Türk, Erkan Kaş, Sinan Kurumuş, Atınç Nukan, Berat Çetinkaya, Ömer Arslan, Mertcan Aktaş və Mumahhed Himmet Ertürk iyulun 17-dən 27-dək Almaniyanın Berlin şəhərində keçiriləcək toplanışa aparılmayacaq. Bu futbolçular başqa klublara icarəyə veriləcək.

Xəbər 679 dəfə oxundu.